RU

Tıxac olan yolların – Siyahısı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
5. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metrostansiyası istiqamətində;
6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
8. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
14. Babək prospekti, mərkəz istiqamətində;
15. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
16. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
17. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
18. Mətbuat prospekti, "Mikayıl Müşfiq" dairəsi istiqamətində;
Избранный
13
49
yeniavaz.com

10Источники