Sumqayıt şəhərində fəaliyyət göstərən "Esmanur" uşaq bağçası ətrafında yaranan narazılıqlar davam edir.
Redaksiyamıza daxil olan son videoya əsasən, bağçanın müdiri İlahə Xudiyevanın, müəllimlərin və valideynlərin iştirakı ilə keçirilən iclas zamanı gərgin anlar yaşanıb. Kadrlarda tərəflər arasında mübahisənin kəskinləşdiyi, hətta fiziki müdaxilə halların baş verdiyi iddia olunur.