Ajans.az xəbər verir ki, bunu Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Naxçıvan şəhərində hazırda 20 min abonent "smart kart tipli" sayğacdan istifadə edir: "Ümumilikdə 24 min "smart kart tipli" sayğac mövcud idi. Artıq 4 min abonentin sayğacı mexaniki (sonradan ödənişli) sayğacla əvəzlənib. Yerdə qalan 20 min sayğac da dəyişdirilir və abonentlərə yeni kodlar təqdim edilir". R.Cavadov deyib ki, ötən bir il ərzində Naxçıvan şəhərində 1 000 abonent şəbəkəyə qoşulub: "Hazırda qaz təminatı ilə bağlı heç bir çətinlik yoxdur. İş prosesində yerli icra hakimiyyəti orqanları ilə koordinasiyamız da yüksək səviyyədədir".(Report)