RU

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

Bakı. Trend:

SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəlivə təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsalköməkçisinə çevrilib.

Dövlət Vergi Xidmətinin rəqəmsal ekosistemində ediləndəyişikliyə əsasən, e-taxes.gov.az portal fəaliyyətini dayandırıb.Artıq bütün elektron vergi xidmətləri new.e-taxes.gov.azplatforması üzərindən təqdim olunacaq. Yeni portalın əsas üstünlüyü“SİMAİmza” ilə də girişin mümkünlüyüdür.

Hazırda SİMA rəqəmsal imza ilə portaldakı bütün əsas vergixidmətləri əlçatandır. İstifadəçilər “SİMA İmza” mobil tətbiqiniyükləyib, qeydiyyatdan keçməklə dərhal biznes imzası əldə edə və100-dən artıq xidmətdən yararlana bilərlər.

Qeyd edək ki, istifadəçilər “SİMA İmza” tətbiqində biznes imzasıəldə edən zaman 6AYPULSUZpromokodunu yazmaqla ilk 6 ay ərzində elektron imzadan tamamiləödənişsiz istifadə edə bilər. Daha sonra abunəliyiistəyə görə, aylıq 2.40 AZN, 1 illik 25 AZN, 3 illik isə 55 AZN-əyeniləmək mümkündür. Tariflərdə heç bir əlavə ödəniş və gizli xərcyoxdur.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan“AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMAİmza” tətbiqinin endirilmə sayı 6 milyondan çoxdur. Rəqəmsal imzanıhər hansı xidmət məntəqəsinə getmədən və fiziki daşıyıcıya ehtiyacolmadan mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.

Избранный
74
13
az.trend.az

10Источники