RU

ABŞ daha 3 İran tankerini saxladı

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Hərbi Dəniz Qüvvələri son günlərdə Asiya sularında İran bayrağı altında üzən ən azı üç neft tankerini ələ keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb. Bunlar “Deep Sea”, “Sevin” və “Dorena” adlı gəmilər olub. Onlar birlikdə təxminən 4 milyon barel neft daşıyırmışlar.

Bundan əvvəl Pentaqon Hind okeanında İranın “Tifani” tankerinin ələ keçirilməsi barədə məlumat vermişdi. Həmçinin, 19 apreldə Donald Tramp ABŞ qüvvələrinin Oman körfəzində İranın “Touska” konteyner gəmisinə hücum edərək ələ keçirdiyini açıqlayıb.

Gəmilərin saxlanılması ABŞ-nin 13 apreldə İrana qarşı tətbiq etdiyi dəniz blokadası fonunda baş verib. Son on gün ərzində ABŞ qüvvələri ümumilikdə 29 gəminin İran limanlarına giriş-çıxışının qarşısını alıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
140
25
azpolitika.info

10Источники