RU

Uzunluğu 1720 metr, hündürülüyü 300 metrdir İnşası bu ilin sonuna qədər tamamlanacaq

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Laçın şəhərində inşa olunan kanat yolunun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, kanat yolunun uzunluğu 1720 metr, hündürülüyü isə 300 metrdir. Kanat yolu ilə hərəkətin müddəti 6 dəqiqə olacaq.

Bundan başqa, Laçın şəhərindəki kanat yolunun 1 saat üçün sərnişindaşıma qabiliyyətinin 800 nəfər olacağı planlaşdırılır.

Məlumata görə, bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.

Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
10
marja.az

10Источники