Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin BMT-nin mənzil-qərargahında bəyan edib ki, Rusiya ABŞ-da keçiriləcək "Böyük İyirmilik" (G20) sammitində ən yüksək səviyyədə iştirak etmək üçün dəvət alıb.
“AzPolitika” Rusiya dövlət mediasına istinadla xəbər verir ki, onun sözlərinə görə, Rusiyanı sammitdə kimin təmsil edəcəyi hələlik dəqiq deyil. Pankin bildirib ki, bu məsələ daha sonra aydınlaşacaq.
G20 sammitinin 14-15 dekabr tarixlərində ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilməsi planlaşdırılır. Sammitin rəsmi saytında Rusiya iştirakçı ölkələr siyahısında qeyd olunub.
Ukraynada müharibə başladıqdan sonra Qərb ölkələri Rusiyanın G20-dən çıxarılması məsələsini müzakirə etsələr də, bu təşəbbüs digər üzvlər tərəfindən dəstəklənməmişdi. Son illərdə Vladimir Putin sammitlərdə iştirak etməyib və Rusiya digər rəsmi şəxslər tərəfindən təmsil olunub.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.