RU

“Qarabağ”la oyunlar Solveti yandırdı : iki cəza, iki itki

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Qarabağ"la oyunlar "Sabah"ın futbolçusu Stiv Solvet üçün baha başa gəlib. Sport24.az xəbər verir ki, 30 yaşlı müdafiəçi həm Misli Premyer Liqasında, həm də Bizon Azərbaycan Kubokunda cəzalı duruma düşüb. Fransalı oyunçu "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 28-ci turunun oyununda sarı vərəqə görüb. Çempionatda dördüncü dəfə bu halla üzləşən oyunçu 29-cu turda "Karvan-Yevlax"la görüşü buraxacaq. Solvet ötən gün "Qarabağ"ı məğlub etdikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "sarı" alıb. O, mayın 13-də "Zirə" ilə final matçında meydana çıxmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
79
sport24.az

1Источники