RU

Türkiyəli nümayəndələr işğaldan azad edilmiş ərazilərdə olublar (FOTO)

Bakı.Trend:

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU)rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyinümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsindətürkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olub, bir sıratarixi abidələri ziyarət ediblər.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən (MN) məlumatverilib.

Bildirilib ki, nümayəndə heyətinə Ermənistan silahlı qüvvələritərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri vədağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azadedilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq və yenidənqurmaişləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlıxatirələrini bölüşüblər.

N hərbi hissəsini ziyarət edən türkiyə nümayəndə heyəti buradayaradılan şərait ilə tanış olub. Qonaqlara torpaqlarımızın azadlığıvə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bölmələrindöyüş yolu haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkliçəkdirilib.

Qeyd edək ki, Türkiyə MMU-nun nümayəndə heyəti səfər proqramınauyğun olaraq Əlahiddə Ümumqoşun Ordunu ziyarət edəcəklər.

Türkiyəli
Türkiyəli
Türkiyəli
Türkiyəli
Избранный
80
21
az.trend.az

10Источники