RU

"Bu, çempionluq yolunda çox vacib qələbə idi" -Elgiz Kərəmli darmadağını dəyərləndirdi

1-ci Liqanın 23-cü turunda MOİK-i qəbul edən luder "Şəfa" 3:0 hesablı darmadağınla çempionluq yolunda inamlı addım atdım. Paralel keçirilən matçda Bakı təmsilçisinin ən yaxın təqibçisi "Mingəçevir"in də gözlənilmədən "Cəbrayıl"a uduzması (1:2) bu qələbənin önəmini ikiqat artırdı. "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik. 

34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Çempionatın sonuna doğru oyunlarda gərginlik daha da artır. MOİK komandası da bizə çətinlik yaratdı. İlk hissədə oyun bərabər səviyyədə keçdi, hər iki komandanın qol imkanları oldu. İkinci hissədə isə futbolçularımız daha inamlı və daha fəal çıxış etdilər və bunun nəticəsində üstünlük qazandıq. Bu, çempionluq yolunda çox vacib qələbə idi. Futbolçularımıza bizə sevinc bəxş etdikləri üçün təşəkkür edirəm".

Toğrul

Избранный
55
1
fanat.az

2Источники