RU

İran limanlarına hücumlar Xəzər dənizinin ekologiyasına təhlükə yaradır – Səfir

Bakı. Trend:

ABŞ-İsrailin hərbi əməliyyatları çərçivəsində İranın Xəzərdənizi sahilində yerləşən Bəndər-Ənzəli limanına edilən hücumlar,Xəzəryanı regionda sülhə və ticarət əməkdaşlığına təhlükə yaradır,həmçinin bu, su hövzəsinin ekoloji vəziyyətinə zərər vurur.

Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə İranın Qazaxıstandakısəfiri Əli Əkbər Coukar bildirib.

“Əfsuslar olsun ki, hərbi hücum nəticəsində İranın Xəzər dənizisahilində yerləşən limanları da, o cümlədən liman infrastrukturuhədəfə alınıb. Ənzəlidə infrastruktur və ticarət gəmiləri qanunsuzvə heç bir əsası olmayan hərbi hücumlara məruz qalıb. Bu addımlartəkcə Xəzər regionunda sülh və sabitliyi təhlükə altına qoymur, həmdə ciddi ekoloji və humanitar nəticələr doğura bilər, eləcə dəXəzəryanı dövlətlər arasında ticarət və iqtisadi əməkdaşlığı pozabilər”, - o, Astanada keçirilən Regional Ekoloji Sammitçərçivəsində Xəzər məsələlərinə həsr olunmuş sessiyada çıxışızamanı deyib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İrantəklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başaçatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşıtətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

Məqalədə:
Избранный
75
1
az.trend.az

2Источники