RU

AÇ: Jalə Əliyevə 1/4 finalda YENİLƏNİR

Apasport portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd qadın güləşçisi mübarizəyə qoşulacaq.

Təsnifat mərhələsində Jalə Əliyeva (57 kq) Almaniya təmsilçisi Amori Andriçlə qarşılaşıb. idmançımız rəqibini “tuş”la məğlub edib və 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Ruzanna Məmmədova (62 kq) Ukrayna güləşçisi İlona Prokopevnyukla üz-üzə gələcək.

Birgül Soltanova (65 kq) 1/4 final mərhələsində Krista İnce ilə güləşəcək.

Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək beş medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.

Qeyd edək ki, qitə yarışına aprelin 26-da yekun vurulacaq.

Rəşad Məmmədov: “Biz onunla yenidən qarşılaşacağıq”

İslam Abbasov: “Çatışmazlıqları qarşıdakı yarışlarda aradan götürməyə çalışacağıq”

Türkiyəli güləşçidən rekord - 13-cü dəfə Avropa çempionu

AÇ: Həsrət Cəfərov və Qurban Qurbanov finalda – YENİLƏNİB

Qalmaqal: TÜRK GÜLƏŞÇİYƏ ŞİLLƏ VURDU, DİSKVALİFİKASİYA EDİLDİ - VİDEO

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
56
5
apasport.az

10Источники