BAKI, 23 aprel. TELEQRAF
Türkiyə Superliqasının 31-ci turunda baş tutacaq "Qalatasaray" - "Fənərbağça" matçının baş hakimi bəlli olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
İstanbul derbisini Yasin Kol idarə edəcək.
Qeyd edək ki, qarşılaşma martın 26-sı saat 21:00-da "Rams Park"da baş tutacaq.