RU

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq geostrateji baxımdan da əhəmiyyətlidir - Kamaləddin Qafarov

Bakı. Trend:

Bakıda keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan-Latviyamünasibətlərinin məzmununda yeni çalarların formalaşdığınıgöstərdi. Aprelin 22-də verilən bəyanatlar təkcə ikitərəfliəməkdaşlığın cari vəziyyətini deyil, həm də gələcək inkişafistiqamətlərini aydın şəkildə ortaya qoydu.

Bu fikirləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarovsəsləndirib.

Millət vəkilinin fikrincə, bu görüşü fərqləndirən əsas məqamsiyasi dialoqla iqtisadi əməkdaşlığın və regional təhlükəsizlikgündəliyinin eyni platformada uzlaşdırılması oldu: “Prezident İlhamƏliyevin qeyd etdiyi kimi, ikitərəfli gündəliyin müxtəlifaspektləri, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələlərgeniş müzakirə edildi. Bu yanaşma göstərir ki, Azərbaycan-Latviyamünasibətləri artıq yalnız klassik diplomatik münasibətlər formatıilə məhdudlaşmır, regional və qlobal proseslərə dair fikirmübadiləsini də əhatə edir. Xüsusilə Cənubi Qafqaz və Baltikregionlarında təhlükəsizlik məsələlərinin müzakirəsi tərəflərinsiyasi dialoqunun keyfiyyətcə yeni mərhələyə keçdiyinitəsdiqləyir”.

Bu kontekstdə sülh prosesi ilə bağlı qarşı tərəfə çatdırılan sonməlumatlara ayrıca diqqət çəkildiyini vurğulayan K.Qafarov deyib:“Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbətdinamika, ticarət təmaslarının yaranması, vətəndaş cəmiyyətidialoqunun başlanması regionda sabitliyin möhkəmlənməsi üçün yeniimkanlar açır. Bu prosesin Avropa tərəfdaşları ilə müzakirəedilməsi Azərbaycanın regional sülh gündəmini beynəlxalq dəstəkmüstəvisində təqdim etmək strategiyasının tərkib hissəsi kimigörünür. İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti iqtisadisahədir. Son illər qarşılıqlı ticarətin mövcud potensialı tam əksetdirmədiyi vurğulansa da, bu sahədə dönüş yaratmaq üçün realimkanların mövcudluğu açıq görünür. Sərmayə qoyuluşu, innovasiya,logistika, nəqliyyat və sənaye kooperasiyası üzrə perspektivlərkifayət qədər genişdir. Azərbaycanın artan investisiya imkanları vəLatviyanın Avropa bazarları ilə inteqrasiya üstünlükləri buəməkdaşlığı daha praktik nəticələrə yönəldə bilər. Bu baxımdanAzərbaycan-Latviya biznes-forumu xüsusi əhəmiyyət daşıyır. Forumdapraktiki müqavilələrin, yeni tərəfdaşlıqların və birgə layihələrinmüzakirəsi iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidiüçün mühüm siqnal sayıla bilər. Lakin Baltik regionu ilə CənubiQafqaz arasında əməkdaşlıq yalnız iqtisadi deyil, həm dəgeostrateji baxımdan əhəmiyyətlidir. Avropanın enerjitəhlükəsizliyi, tranzit marşrutlarının şaxələndirilməsi, rəqəmsaliqtisadiyyat və yaşıl keçid kimi sahələrdə Bakı ilə Riqa arasındamaraqların üst-üstə düşməsi bunu təsdiqləyir. Xüsusilənəqliyyat-kommunikasiya layihələri fonunda Azərbaycan Şərq-Qərbbağlantısında mühüm həlqə kimi çıxış edir və bu amil Latviya üçündə əlavə imkanlar yaradır”.

Məqalədə:
Избранный
74
12
az.trend.az

10Источники