RU

İsmayıllıda lotereyadan 100 000 manat uduldu

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin qanuni lotereya təşkilatçısı və

idman mərc oyunları operatoru "Azərlotereya”nın təşkil etdiyi "Super Keno” tirajlı lotereyasında

növbəti böyük uduş qeydə alınıb. 100 000 manatlıq böyük uduş İsmayıllı rayon

sakini 27 yaşlı İzzət Ağaya qismət olub.

Qalibə 2, 12, 23, 32, 34,

43, 50, 54, 63, 69 rəqəmləri uğur gətirib. Uduş xəbərini

aldıqdan sonra böyük sevinc yaşadığını bildirən İzzət Ağa bu anın onun üçün

unudulmaz olduğunu qeyd edib. O, sevincini ilk olaraq ailəsi ilə bölüşüb. Şanslı

qalib qazandığı məbləğlə evinin tikintisini tamamlamağı və həyat yoldaşının

avtomobil arzusunu yerinə yetirəcəyini bildirib.

Qeyd edək ki, "Super Keno” lotereyasında

ən böyük uduş 1 000 000 manatdır. Belə

ki, 70 rəqəm arasından sevdiyiniz 10 rəqəmi seçərək həyatınızı dəyişəcək böyük

uduşu qazanmaq şansına nail ola bilərsiniz.

Həftənin hər günü saat 19:45-də keçirilən "Super

Keno” lotereyası "Xəzər” TV, eləcə də "Azərlotereya”nın "Youtube” və "Telegram”kanallarında canlı yayımlanır. Biletləri

"Azərlotereya” satış nöqtələri, "Azərpoçt” şöbələri, "Misli” məntəqələri, OBA

marketlərindən, eləcə də Azerlotereya.com və Misli.az saytlarından əldə edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
10
qaynarinfo.az

10Источники