“Real” La Liqanın 33-cü turunda “Betis”lə səfər oyununa itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun müdafiəçisi Eder Militao zədə səbəbindən matçı buraxacaq. O, son turda “Alaves”lə görüşdə ayaq əzələsindən zədələnib.
Görüş 24 aprel, saat 23:00-da başlayacaq. Militao bu mövsüm 21 oyunda 2 qol və 1 assistlə yadda qalıb.