RU

"Azərbaycanın öz ərazisində hansı yenidənqurma işləri aparması daxili işidir"


“Son dövrlər Ermənistanın müxtəlif siyasi dairələri guya işğaldan azad olunan ərazilərdə Azərbaycanın erməni “tarixi binaları”nın sökməsi barəsində boş hay-küy qaldırırlar”.

Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, əslində işğaldan azad olunan ərazilərdə ermənilərin hər hansı bir tarixi binası olmayıb və yoxdur.

Çünki ermənilər həmin ərazilərə kənardan köçürülüblər, o ərazilərdə qədim erməni abidələri heç zaman olmayıb:

“Ermənilər 19-cu əsrin əvvəllərində Çar Rusiyasının dəstəyi ilə İrandan və Türkiyədən Azərbaycan ərazilərinə köçürülüblər. Digər tərəfdən orada olduqları müddətdə süni surətdə “tarixi” abidələr yaratmağa çalışıblar. Hətta torpaqlarımız işğaldan azad edildikdən sonra yalançı “tarixi” abidələr düzəldən sexlər aşkarlanmışdı. Ermənistanda qeyd etdiyimiz dairələrin kampaniyası seçkiqabağı millətçi kəsimin səslərini qazanmaq məqsədi daşıyır. Ancaq Ermənistanın hakimiyyəti həmin şəxslərdən fərqli olaraq başa düşür ki, bu gün Azərbaycanla artıq heç bir sahədə qarşı-qarşıya durmaq mümkün deyil. Azərbaycan torpaqlarını işğaldan azad edib, Ermənistanın nə hərbi, nə iqtisadi, nə insan resursu yoxdur ki, Azərbaycanla müharibə aparsın, konfliktdə olsun. Ermənistanın iqtisadi gələcəyi Azərbaycandan, Türkiyədən və Ermənistandan keçən "Zəngəzur dəhlizi"ndən asılıdır. Digər tərəfdən Ermənistan hakimiyyəti dəfələrlə Azərbaycan rəsmiləri ilə görüşdə bizim nümayəndələr ortaya kifayət qədər ciddi tarixi sənədlər və beynəlxalq konvensiyalara istinadlar qoyublar. Yəni Ermənistan tərəfinin Azərbaycana qarşı hər hansı bir arqumenti ola bilməz”.

Deputat qeyd edib ki, Azərbaycanın öz ərazisində hansı yenidənqurma işləri apardığı, öz şəhər və kəndlərini nə cür quracağı onun daxili işidir:

“Həmçinin Xankəndində Ermənistanın 30 illik işğal dövründə tikdiyi heç bir arxitekturaya, heç bir mədəniyyət konsepsiyasına sığmayan tikililər qorunub saxlana bilməz. O cür erməni separatçılığı və yalançı tarixin nümunələri tarixi abidə sayıla bilməz”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
48
16
musavat.com

10Источники