RU

UNEC-də “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)

Bakı. Trend:

Aprelin 23-də UNEC-də “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlarvə real imkanlar” mövzusunda IV Beynəlxalq Konfrans işinəbaşlayıb.

Rəqəmsal İqtisadiyyat fakültəsinin təşkilatıçılığı ilə keçirilənkonfransın iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstüönünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.

Açılışda çıxış edən UNEC-in elm və innovasiya məsələləri üzrəprorektoru, professor Rövnəq Rzayev konfrans iştirakçılarınısalamlayaraq, mövzunun aktuallığını vurğulayıb. O, müasir dövrdərəqəmsallaşmanın milli inkişafın strateji prioritetinə çevrildiyinidiqqətə çatdıraraq, məlumat və innovativ texnologiyaların qlobaliqtisadi münasibətləri yenidən formalaşdırdığını, süni intellektalətlərinin isə bu prosesdə həlledici rol oynadığını vurğulayıb.R.Rzayev rəqəmsallaşmanın təhsil sisteminə təsirlərindən də sözaçıb. Eləcə də UNEC-in elmi nailiyyətləri və beynəlxalqreytinqlərdə qazandığı uğurları işttirakçıların diqqətinəçatdırıb.

Konfransda çıxış edən AMEA-nın həqiqi üzvü Əli Abbasov, DördüncüSənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçıdirektorunun müavini Soltan Bayramov Azərbaycanda rəqəmsallaşmasahəsində dövlət səviyyəsində həyata keçirilən ardıcıl vəməqsədyönlü siyasətdən söz açıblar. Qeyd olunub ki, ölkə rəhbərliyitərəfindən bu istiqamətdə mühüm sərəncam və strateji sənədlər qəbuledilib, rəqəmsal ekosistemin formalaşdırılması və bu sahəyəinvestisiyaların cəlb olunması üçün geniş imkanlar yaradılıb.

Çıxışlarda bildirilib ki, Azərbaycan rəqəmsal transformasiyabaxımından ciddi rəqabət üstünlüklərinə malik ölkələrdən biridir.Xüsusilə aşağı enerji xərcləri, strateji coğrafi mövqe və inkişafetməkdə olan rəqəmsal insan kapitalı ölkənin investisiyacəlbediciliyini artıran əsas amillər kimi qeyd olunub. Eyni zamandavurğulanıb ki, azad iqtisadi zonaların və xüsusi sənaye parklarınınyaradılması investisiya mühitini daha da gücləndirir, beynəlxalqşirkətlərin ölkəyə çıxış imkanlarını genişləndirir.

AMEA-nın müxbir üzvü, Azərbaycan Texniki Universitetinin MəlumatElmləri və Süni İntellekt İnstitutunun direktoru, professor RamizAlıquliyev çıxışında məlumatın və datanın müasir dövrdə stratejiresursa çevrildiyini bildirib. O, data əsaslı qərarverməniniqtisadiyyat, elm və idarəetmədə effektivliyin artırılmasında mühümrol oynadığını vurğulayıb.

Konfrans onlayn formada Rumıniya, Macarıstan, Türkiyədən olanprofessorların çıxışları ilə davam edib. Sonra “Süni intellekt vəəmək bazarı: yeni peşələr, bacarıqlar və məşğulluq modelləri”mövzusunda panel müzakirəsi, həmçinin rəqəmsal iqtisadiyyatdastrateji trendlər və təhsildə rəqəmsal transformasiya mövzularınıəhatə edən sessiya çıxışları baş tutub.

Aprelin 24-də isə konfrans çərçivəsində “Süni intellektkatalizator kimi: sənaye cəmiyyətinin ağıllı cəmiyyətə çevrilməsi -etik və hüquqi çərçivə” mövzusunda panel müzakirəsi, eləcə dəkibertəhlükəsizlik, "yaşıl iqtisadiyyat", e-ticarət və rəqəmsalmarketinq strategiyaları kimi mövzularda sessiya müzakirələrikeçiriləcək. Konfransda Türkiyə, Rumıniya, Macarıstan, Gürcüstan,Polşa və Hindistanın, eləcə də ölkənin aparıcı universitetlərininalimləri, dövlət və özəl qurumların nümayəndələri çıxışedəcəklər.

İki günlük müzakirələrin yekunu olaraq konfransın nəticələrihaqqında yekun hesabat təqdim ediləcək.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Məqalədə:
Избранный
42
7
az.trend.az

7Источники