Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib.
Musavat.com xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb. Onlar rüşvət almaqda ittiham olunur.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirilir.
Hesablama Palatası isə bir neçə qurumda mənimsəmələr aşkarlayıb. Xüsusən də Azərenerji, Gəncə İH və digər strukturlarda maliyyə pozuntuları üzə çıxarılıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu bu və digər mövzuları Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv