RU

Rusiyaya “dost zərbəsi” – Bu ölkə sanksiya paketinin qəbuluna “hə” dedi

Bratislava Aİ-nin Rusiya əleyhinə sanksiyalarının 20-ci paketinə veto qoymağı dayandıracaq.

Publika.az xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Yuray Blanar özünün “Facebook” səhifəsində məlumat verib.

"Mən Aİ-dəki daimi nümayəndəmizə neftin fasiləsiz və razılaşdırılmış həcmdə axmasına davam edəcəyi təqdirdə 20-ci Aİ sanksiya paketinin qəbul edilməsi üçün yazılı proseduru bloklamamağı tapşırdım", - deyə o yazıb.

Daha əvvəl respublikanın iqtisadiyyat naziri Denisa Sakova bildirmişdi ki, 23 aprel gecəsi Rusiya neftinin “Drujba” boru kəməri ilə Slovakiyaya çatdırılması təxminən üç aylıq fasilədən sonra bərpa olunub.

Tranzit 27 yanvarda dayandırıldı. Kiyev vəziyyəti atəş nəticəsində boru kəmərinə dəyən ziyanla əlaqələndirdi. Nəticədə həm Slovakiya, həm də Macarıstan Rusiya neftinə çıxışını itirdi və Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı dəstəkləyən bir neçə Avropa təşəbbüsünün qəbul edilməsinə mane oldu.

Избранный
63
publika.az

1Источники