Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.
Ekologiya.az xəbərinə görə, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.
Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.
Baş Prokurorluğun mətbuat xidmətindən fakt təsdiqlənib.