RU

AzMİU-da Dünya Bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)“Yaşanılabilən Bakı” qrant layihəsi çərçivəsində Universitetintələbələri arasında təşkil ediləcək müsabiqə ilə bağlıgeniştərkibli görüş keçirilib. Hibrid formatda təşkil olunantədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər,şəhərsalma sahəsi üzrə mütəxəssislər, eləcə də universitetrəhbərliyi, professor-müəllim heyəti və müsabiqəyə qoşulantələbələr iştirak edib. Dünya Bankının ekspertləri onlayn formatdatədbirə qoşularaq çıxış ediblər.

Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universiteti rəhbərliyiilə yanaşı, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma vəArxitektura Komitəsi, Dünya Bankı, BMT-nin Məskunlaşma Proqramı(UN-Habitat), “WUF13” Əməliyyat Şirkəti və Azərbaycan Memarlarİttifaqının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun prorektoru Orxan Nağdiyevuniversitetin layihə çərçivəsində müsabiqənin təşkili ilə bağlıəməkdaşlıqdan məmnun olduqlarını bildirib. O qeyd edib ki,AzMİU-nun Memarlıq, eləcə də Su təsərrüfatı və mühəndiskommunikasiya sistemləri fakültələrindən formalaşdırılmış 6 komandaüzrə ümumilikdə 36 tələbə müsabiqədə iştirak edəcək. Prorektorvurğulayıb ki, tələbələrin innovativ ideyalarının reallaşdırılmasıvə peşəkar inkişafı üçün universitetin müəllim heyəti mentorqismində onlara dəstək göstərəcək.

Daha sonra çıxış edən İqtisadiyyat nazirinin müşaviri ƏsgərƏləkbərov “Yaşanılabilən Bakı” layihəsinin məqsəd və prioritetistiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, layihəBakı şəhərinin daha dayanıqlı, ekoloji cəhətdən sağlam, rahat vəinsan mərkəzli şəhər məkanı kimi inkişafına xidmət edir. Təşəbbüsçərçivəsində şəhər mühitinin yaxşılaşdırılması, su hövzələrininbərpası, ictimai məkanların yenilənməsi, ekoloji dayanıqlılığınartırılması və müasir şəhər idarəetmə yanaşmalarının tətbiqinəzərdə tutulur. Nazirin müşaviri müsabiqə haqqında məlumatverərək, müsabiqənin əsas məqsədinin cəmiyyətdə ekoloji layihələrinəhəmiyyətini vurğulamaq, tələbələrin yaradıcılıq potensialındanistifadə etmək və onların layihəyə töhfə verməsi üçün əlverişliimkan yaratmaqdan ibarət olduğunu qeyd edib. Gənclərin baxışlarınınlayihəyə inteqrasiyasının həm ekoloji həllərin keyfiyyətininartırılması, həm də gələcək mütəxəssislərin bu prosesə fəal cəlbolunmasında mühüm rol oynayacağı vurğulanıb. Qeyd olunub ki,müsabiqənin təşkili təşəbbüsü Ümumdünya Şəhərsalma Forumu 13-ündayanıqlı şəhərlər və hər kəs üçün yaşayış məkanları ideyalarınatam uyğun gəlir.

Onlayn formatda tədbirə qoşulan Dünya Bankının şəhər yerləriüzrə baş mütəxəssisi Aksel Baumler çıxışında qeyd edib ki, müasirşəhərlərin inkişafı yalnız infrastruktur layihələri ilə deyil,insan ehtiyaclarını nəzərə alan inteqrasiya olunmuş planlaşdırmailə mümkündür. O, müsabiqə çərçivəsində seçilmiş ərazilərlə bağlıməlumat verərək, ərazilərlə yerində tanış olmaq məqsədilə Xocasəngölünə və Buzov-Maştağada yerləşən neftlə çirklənmiş ərazilərə sahəsəfərlərini təşkil ediləcəyini bildirib.

AzMİU-nun Memarlıq fakültəsinin dekanı, professor ZahidəMəmmədova çıxışında bildirib ki, Ümumdünya Şəhərsalma Forumu 13ərəfəsində icra olunan bu müsabiqə ölkədə elan edilmiş Memarlıq vəŞəhərsalma İlinin məqsədlərinə mühüm töhfə verir. O qeyd edib ki,müsabiqənin tələbələrin praktik biliklərinin artırılması, urbanproblemlərə yaradıcı yanaşmanın formalaşması və gələcək memarlarınpeşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən UN-Habitat-ın Prorqam meneceri Runze Vanqqeyd edib ki, universitetlərlə əməkdaşlıq dayanıqlı şəhər inkişafısiyasətinin vacib hissəsidir. O vurğulayıb ki, gənclərin şəhərgələcəyinin formalaşdırılmasına cəlb olunması uzunmüddətli inkişafüçün mühüm platformadır.

Görüş çərçivəsində iştirakçılar müsabiqənin şərtləri,planlaşdırılan qrafiki, tələbə komandalarının fəaliyyəti,beynəlxalq ekspert dəstəyi və gələcək əməkdaşlıq imkanlarıətrafında fikir mübadiləsi aparıblar.

Sonda bildirilib ki, “Yaşanılabilən Bakı” layihəsi və layihəçərçivəsində təşkil edilən müsabiqə yalnız paytaxtın şəhərinkişafına deyil, eyni zamanda Azərbaycanda yeni nəsil şəhərsalmadüşüncəsinin formalaşmasına, gənc mütəxəssislərin yetişməsinə vəbeynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Избранный
90
1
az.trend.az

1Источники