RU

Azərbaycanın “yaşıl enerji” strategiyası İspaniyada beynəlxalq tədbirdə təqdim edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın “yaşıl enerji” strategiyası İspaniya Krallığınınpaytaxtı Madrid şəhərində keçirilən nüfuzlu “WindEurope AnnualEvent 2026” beynəlxalq tədbirində təqdim edilib.

Trend xəbərverir ki, tədbirdə Azərbaycanı Energetika Nazirliyi yanında BərpaOlunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini FəqanAbdurəhmanov təmsil edib.

Tədbirin açılış mərasimində Avropa Komissiyasının enerji vəmənzil siyasəti üzrə komissarı, İspaniya hökumətinin Baş naziri,avropa ölkələrinin energetika nazirləri, eləcə də külək enerjisisahəsi üzrə aparıcı şirkətlər, turbin istehsalçıları və digərbeynəlxalq tərəfdaşlar iştirak ediblər. Tədbir çərçivəsində küləkenerjisi sahəsində qlobal inkişaf trendləri və stratejiistiqamətlər müzakirə olunub.

Direktor müavini tədbir çərçivəsində bir sıra tematiksessiyalarda iştirak edib. Bu sessiyalar süni intellektin küləkenerjisi əməliyyatlarında tətbiqi, data mərkəzləri vəelektrikləşmə, bərpa olunan enerji ilə data mərkəzlərinininteqrasiyası, külək enerjisi və müdafiə sektoru arasında əlaqələr,eləcə də investisiya risklərinin azaldılması kimi mövzuları əhatəedib. Bununla yanaşı, dənizdə külək enerjisi üzrə nazirlərsessiyasında və təchizat zəncirinin genişləndirilməsinə dairmüzakirələrdə iştirak olunub.

Səfər çərçivəsində WindEurope təşkilatı ilə görüş keçirilib.Görüş zamanı Agentlik ilə WindEurope arasında imzalanmış AnlaşmaMemorandumdan irəli gələn məsələlər və əməkdaşlığın gələcəkistiqamətləri müzakirə olunub.

Bundan əlavə, İspaniyanın “Eolos” şirkəti ilə keçirilən görüşdəXəzər dənizində üzən lidar qurğuları vasitəsilə külək ölçmələrininaparılması ilə bağlı yaxın zamanda başlanacaq ölçmə kampaniyasımüzakirə olunub.

Eyni zamanda, Dünya Bankı nümayəndələri ilə keçirilən görüşdəAzərbaycanda külək turbinlərinin bəzi komponentlərinin yerliistehsalı, eləcə də dənizdə neft-qaz sektorunda mövcud bilik vəbacarıqların dənizdə külək enerjisi sahəsinə transferi ilə bağlıtexniki yardım layihəsindən irəli gələn məsələlər müzakirəolunub.

Həmçinin İspaniyanın “Elecnor” şirkəti ilə baş tutan görüşdəşirkətin Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan 70 MVt-lıqkülək enerjisi layihəsi üzrə müqavilələrin razılaşdırılması, eləcədə ölçmələrə başlanılması prosesi ilə bağlı cari vəziyyət müzakirəolunub.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Məqalədə:
Избранный
89
1
az.trend.az

2Источники