RU

Qapıçı komandasını məğlubiyyətdən belə xilas etdi

MLS-in müntəzəm mövsümündə "Toronto" ilə "Filadelfiya Union" arasında keçirilən oyunda dramatik sonluq yaşanıb.

Publika.az xəbər verir ki, qarşılaşmanın taleyi meydan sahiblərinin qapıçısının vurduğu qolla həll olunub.

2:3 hesabı ilə geri düşən Kanada təmsilçisi əlavə olunmuş vaxtın son dəqiqəsində standart vəziyyət qazanıb. Bu epizodda qapıçı Luka Qavran rəqib cərimə meydançasına irəliləyib və onun hücuma qoşulması həlledici olub.

O, hava mübarizəsində qalib gələrək topu başla qonaqların qapısından keçirib və komandasına heç-heçə qazandırıb. Oyundan sonra 25 yaşlı qolkiper emosiyalarını belə bölüşüb:

"Heç nəyi xatırlamıram! Deyəsən, cəmi 10 saniyə qalmışdı. Ehtiyat oyunçular skamyasına baxdım, hamı mənə irəli qaçmağı işarə edirdi. Mən də düşündüm ki, niyə də yox? Sonra elə bildim hakim artıq fit çalacaq, amma qalanı tarix oldu... Mən əvvəllər hücumçu olmuşam".

Избранный
43
publika.az

1Источники