RU

Real Madrid də Arda Gülər şoku Türkiyə millisini qorxudan xəbər

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Real Madrid"in futbolçusu Arda Gülərin aldığı zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurduğu bildirilir.Demokrat.az xəbər verir ki, İspaniya La Liqasının 32-ci turunda “Alaves”ə qarşı keçirilən və “Real Madrid”in 2:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda start heyətdə meydana çıxan Türkiyə millisinin üzvü zədələnib. O, qarşılaşmanın 58-ci dəqiqəsində oyunu davam etdirə bilməyərək yerini Franko Mastantuonoya verib.Klubun tibbi heyətinin açıqlamasında qeyd olunub ki, aparılan müayinələr nəticəsində futbolçunun sağ ayağının bud əzələsində (biceps femoris) zədələnmə aşkarlanıb.“Marca” nəşrinin məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi bu zədə səbəbindən mövsümü başa vurub və qarşıdakı dörd həftə ərzində “Real Madrid”in La Liqada keçirəcəyi son altı oyunda iştirak edə bilməyəcək. Arda Gülər bu müddətdə “Real Betis”, “Espanyol”, “Barcelona”, “Real Oviedo”, “Sevilla” və “Atletico Madrid”ə qarşı oyunları buraxacaq.Bununla belə, futbolçunun 2026-cı il Dünya çempionatına qədər bərpa olunaraq Türkiyə milli komandasının heyətində çıxış edəcəyi gözlənilir.Qeyd edək ki, Arda Gülər cari mövsümdə “Real Madrid”in heyətində 50 oyuna çıxaraq 6 qol vurub və 14 məhsuldar ötürmə edib. O, ümumilikdə 20 qol epizodunda birbaşa iştirak edib.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
48
25
demokrat.az

10Источники