ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Azərbaycanın bir neçə rayonunun məktəblərində yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara start verilib.
Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu, məsələnin həlli yolu deyil:
"Hüquq-mühafizə orqanlarının məktəblərdə yuxarı siniflər arasında apardığı bu cür yoxlamalar bir gün, iki gün, üç gün, beş gün, lap bir həftə davam etsin. Bütün hallarda buna nəzarət mexanizmi olmalıdır. Yaxşı olar ki, bu məsələ ilə bağlı daha çox maarifləndirmə işləri aparılsın".
O vurğuladı ki, bu məsələdə məsul şəxslər birbaşa valideynlərdir:
"Əgər valideynlər bu məsələdə övladlarını vaxtında nəzarət etməyəcəklərsə, onların çantalarına nəzarət etməyəcəklərsə, əlbəttə ki, bu tip problemlər hələ də bizim təhsilimizdə baş verəcək. Bu gün qəribəsi odur ki, yuxarı sinif şagirdləri arasında yayılan bu tendensiyalar digər məktəblərə də sirayət edir. Kriminal aləmə meyilli uşaqlar var ki, bunların o sosial şəbəkələrə çıxışını araşdırmaq lazımdır. Polislə məktəbdə nəzarət problemin həlli deyil. Mən belə başa düşürəm ki, bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Bu addımlardan ən birincisi valideynlərlə, yuxarı sinif şagirdləri ilə profilaktik iş aparmaqdır. Eyni zamanda məktəblərdə xüsusi mühafizə, yəni hər böyük məktəbdə bir silahlı polisin olması vacibdir ki, bu tip hadisələrin qarşısı alınsın".
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.