RU

ABŞ İrandan neft daşıyan gəmini saxlayıb

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

 

ABŞ hərbi qüvvələri Hind okeanında, Hind-Sakit okean Komandanlığının (INDOPACOM) məsuliyyət zonasında İrandan neft daşıdığı bildirilən “Majestic X” gəmisini saxlayaraq nəzarətə götürüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Pentaqon” məlumat yayıb.

Nazirliyin bəyanatında qeyd olunub ki, bu addım qanunsuz dəniz şəbəkələrinin fəaliyyətini pozmaq və İrana maddi dəstək verən daşımaların qarşısını almaq məqsədi daşıyır.

Açıqlamada vurğulanıb ki, beynəlxalq sular sanksiyalara məruz qalan qurumlar tərəfindən örtük kimi istifadə edilə bilməz. ABŞ tərəfi bu cür fəaliyyətlərə qarşı beynəlxalq tədbirləri davam etdirəcəyini və qanunsuz iştirakçıların dənizlərdə sərbəst hərəkət imkanlarını məhdudlaşdıracağını bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
yeniavaz.com

1Источники