RU

MBA nın oyunlarını Amerikada 170 milyon adam izləyib!

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Aprelin 18-də keçirilən pley-in oyunlarının ardından pley-offun 1-ci mərhələsinin bütün cütləri müəyyənləşdi. Xatırladaq ki, pley-ində konfranslarda 7-10-cu yerləri tutan komandalar mübarizə aparırdı. Beləliklə, Şərq konfransında pley-indən pley-offa “Filadelfiya 76” və “Orlando”, Qərb konfransından isə “Portlend” və “Finiks” adladı. Konfrans 1/4 finallarında qarşılaşacaq cütlərlə tanış olun.Şərq konfransı:Detroyt – OrlandoKlivlend – TorontoNyu-York – AtlantaBoston – Filadelfiya 76Qərb konfransı:Oklahoma-Siti – FiniksLeykers – HyustonDenver – MinnesotaSan-Antonio – PortlendAprelin 18-də start götürən pley-off mərhələsinə iyunda yekn vurulacaq. MBA-nın son qalibi “Oklahoma-Siti”di. Bu komandanın 2025-ci ildə final seriyasında qalib gəldiyi (4-3) “İndiana” bu il pley-offa vəsiqə qazana bilməyib.Bu arada MBA 2025/26 mövsümündə müntəzəm çempionat matçlarının baxış sayı ilə bağlı statistika açıqlayıb. ABŞ-də 170 milyon adam oyunları 4 aparıcı yayın platforması (ABC/ESPN, Amazon Prime Video, NBC/Peacock və NBA TV) vasitəsi ilə izləyib. Bu, son 24 ildəki ən yaxşı göstəricidi. 2024/25 mövsümü ilə müqayisədə baxış sayında 86 faiz artım olub. Liqa 2024-cü ildə dəyəri 76 milyard dollar olan yeni – 11 illik mediamüqavilə imzalayıb. Həmin müqavilə cari mövsümün əvvəlindən qüvvədədi. MBA kubokunun oyunlarının baxış sayı da 90 faiz artıb.pley-in18 aprelOrlando – Şarlott 121:90 (38:16, 30:21, 34:34, 19:19)Finiks – Qolden Steyt 111:96 (33:15, 17:30, 28:24, 33:27)konfrans 1/4 finalları18 aprelKlivlend – Toronto 126:113 (35:31, 26:23, 36:22, 29:37)Seriyada hesab- 1:0.Denver – Minnesota 116:105 (23:33, 39:29, 29:17, 25:26)Seriyada hesab – 1:0.19 aprelNyu-York – Atlanta 113:102 (30:24, 27:31, 26:19, 30:28)Seriyada hesab – 1:0.Leykers – Hyuston 107:98 (33:29, 17:19, 25:18, 32:32)Seriyada hesab – 1:0.Boston – Filadelfiya 76 123:91 (33:18, 31:28, 31:25, 28:20)Seriyada hesab - Oklahoma-Siti – Finiks 119:84 (35:20, 30:24, 32:22, 22:18)Seriyada hesab – 1:0.20 aprelDetroyt – Orlando 101:112 (27:35, 24:20, 23:36, 27:31)Seriyada hesab – 0:1.San-Antonio – Portlend 111:98 (30:22, 29:27, 28:23, 24:26)Seriyada hesab – 1:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
1
icma.az

2Источники