RU

"Ola bilsin ki, lənətlənmişəm"

Fransa çempionatının 26-cı turu çərçivəsində dünən səfərdə PSJ-yə 0:3 hesabı ilə uduzan "Nant"ın baş məşqçisi Vahid Halilhociç yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "RMC Sport" belə çatdırıb:

"Məndə belə hiss var ki, hamı bizə qarşıdır. Ola bilsin ki, lənətlənmişəm. Bu penalti və ləğv edilən qol... Nəyisə dəyişə bilərdimi? Bilmirəm. Amma fasiləyə 1:1 hesabı ilə yollansaydıq, hər şey fərqli alına bilərdi".

30 oyuna 20 xal toplayan "Nant" hazırda Liqa 1-in turnir cədvəlində 30 xalla 17-ci pillədə mövqe tutub.

Xatırladaq ki, hakim "Nant"ın 22-ci dəqiqədə, hesab 1:1 olarkən vurduğu qolu VAR-a baxandan sonra ləğv edib.

Toğrul

Избранный
48
1
fanat.az

2Источники