RU

Rza Pəhləviyə Berlində hücum edildi

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi Almaniyanın paytaxtı Berlində hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Berlində mətbuat konfransı keçirdiyi binadan çıxarkən onun üzərinə boya maddəsi atılıb. Hücumu törədən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, R. Pəhləvi mətbuat kofransında İranın daxili siyasəti ilə bağlı kəskin bəyanatlar səsləndirib. O, xüsusilə Amerika Birləşmiş Ştatları və İran arasındakı atəşkəs razılaşmasını tənqid edib.

Berlinə səfəri zamanı Almaniyanın hökumət üzvləri tərəfindən R. Pəhləvi ilə heç bir görüş planlaşdırılmayıb. Keçmiş şahzadə bu münasibətdən narazılığını bildirib. Lakin onun Bundestaqın bir sıra üzvləri ilə görüşü nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
5
bakivaxti.az

6Источники