RU

Hindistan, ABŞ ilə ticarət danışıqlarını konstruktiv adlandırıb

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə bildirib ki, Hindistan və ABŞ arasında hərtərəfli ticarət sazişi üzrə danışıqlar konstruktiv şəkildə davam edir.

Xalqcebhesi.az xəbər verir ki, o, son danışıqlar mərhələsi üçün Vaşinqtona Hindistan nümayəndə heyətinin səfər etdiyini təsdiqləyib. "Bu danışıqlar davam edir və konstruktivdir. Hər iki tərəf bir-birinin narahatlıqlarını və prioritetlərini nəzərə alaraq, 2030-cu ilə qədər 500 milyard dollarlıq ticarətə nail olmaq məqsədilə balanslaşdırılmış, qarşılıqlı faydalı və genişmiqyaslı ticarət sazişi yaratmaq üçün çalışır", - Caysval deyib.

Nyu-Dehli və Vaşinqton ötən ilin fevral ayında Hindistanın Baş naziri Narendra Modinin ABŞ-a səfərindən sonra ikitərəfli ticarətin ikiqat artırılmasını nəzərdə tutan hərtərəfli ticarət sazişi üzrə müzakirələrə başlayıblar.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
142
16
icma.az

10Источники