RU

Finlandiya Ukraynaya icazə ilə özünü riskə atdı Mema

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Baş nazir Petteri Orponun rəhbərlik etdiyi Finlandiya hökuməti, Kiyevin Rusiyaya qarşı dron hücumları üçün Finlandiya ərazisindən istifadə etməsinə icazə verməklə ölkəsini Rusiyanın cavab tədbirləri riskinə məruz qoyub.

Xalqcebhesi.az xəbər verir ki, bu fikri Finlandiyanın milli-mühafizəkar "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema bildirib.

Siyasətçi X-də yazıb: "Finlandiya Ukraynanın hava məkanından Ukrayna dronlarının [hücumları] üçün istifadə etməsinə icazə verdikdən sonra Rusiyanın cavab tədbirləri riskinə tam məruz qalıb. Orpo hökuməti Finlandiyanı hədəfə çevirməyə, ölkəni sülh vəziyyətindən müharibə vəziyyətinə keçirməyə müvəffəq olub".

16 apreldə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukraynanın dron hücumlarından sonra Finlandiya və Baltikyanı ölkələrə Rusiyanın özünümüdafiə hüququnu xatırlatdı.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
83
icma.az

1Источники