ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkəmizdəki sürət həvəskarlarını maraqlandıran mühüm məsələlərdən birinə - "Formula-1" üzrə dünya çempionatının hansı kanalla yayımlanmasına aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, çempionat Mayami Qran-prisindən (1-3 may) etibarən İdman TV tərəfindən yayımlanacaq.
Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları ardıcıl 16-cı mövsüm ölkənin ilk idman kanalında ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.
Xatırladaq ki, builki mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq./oxu.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.