RU

Latviya Prezidentinin səfəri Avropa ilə Cənubi Qafqaz arasında strateji körpü rolunu gücləndirir ŞƏRH

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 aprel, AZƏRTAC

Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri Bakı ilə Riqa arasında strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu səfər enerji, nəqliyyat dəhlizləri və Avropa ilə Cənubi Qafqaz arasında siyasi əlaqələrin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Mövcud durumda Avropa enerji böhranı fonunda Azərbaycanın qaz və bərpaolunan enerji layihələri Latviyanın diqqət mərkəzindədir. Bu, Avropa İttifaqının enerji diversifikasiyası siyasətinə uyğun olaraq Bakı-Riqa əməkdaşlığını gücləndirir.

Politoloq Aydın Tağıyev AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, nəqliyyat və geosiyasi dəhlizlər Orta Dəhliz (Çin–Mərkəzi Asiya–Xəzər–Avropa) və Şimal–Cənub dəhlizi Latviya üçün Baltik dənizi limanlarını Cənubi Qafqazla birləşdirən strateji imkan yaradır.

“Hesab edirəm ki, bu, həm Azərbaycanın tranzit mərkəzi rolunu, həm də Latviyanın logistika gücünü artırır. Diqqət etsək görərik ki, Latviya uzun illərdir Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqe ikitərəfli münasibətlərin sabitliyini təmin edir. Burada bir sira əməkdaşlıq sahələri kibertəhlükəsizlik, rəqəmsallaşma, kənd təsərrüfatı və elektronika sahələrində əməkdaşlıq müzakirə olunub. Bu, Latviya texnologiya və idarəetmə təcrübəsini, Azərbaycan isə regional iqtisadi təsirini birləşdirə bilər. Latviya kimi ölkələrin ardıcıl şəkildə Azərbaycanın suverenliyini dəstəkləməsi Avropa İttifaqında Bakı üçün sabit diplomatik dayaqlar yaradır. Digər tərəfdən bu səfər Avropa İttifaqının Cənubi Qafqazı Çin–Avropa ticarət yolunun əsas hissəsi kimi qəbul etməsini möhkəmləndirir. Azərbaycan bu dəhlizdə lider mövqeyini təsdiqləyir. Ölkə rəhbərliyinin diplomatik uğurları artıq hər yerdə bərqərar olur. Latviya Prezidentinin səfəri Avropa İttifaqında Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir. Bu, gələcəkdə Brüssellə daha geniş siyasi dialoqa zəmin yarada bilər”, - deyə Aydın Tağıyevqeyd edib.

Politoloqun sözlərinə görə, Latviya Prezidentinin səfəri Avropa ilə Cənubi Qafqaz arasında strateji körpü rolunu gücləndirir: “Bakı üçün bu, enerji və tranzit imkanlarının Avropa bazarına çıxışı, Riqa üçün isə təhlükəsizlik və iqtisadi diversifikasiya deməkdir. Bu səfər həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin dərinləşməsinə xidmət edir. Latviya Prezidentinin səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Azərbaycan–Avropa İttifaqı əlaqələrinin strateji dərinləşməsi üçün mühüm addımdır. Fikrimcə, bu Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi rolunu gücləndirir. Latviya kimi Baltik ölkələrinin dəstəyi ilə Bakı Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının mərkəzi oyunçusuna çevrilir. Bu səfər Avropa İttifaqının enerji, nəqliyyat və təhlükəsizlik siyasətində Azərbaycanın rolunu daha da artıracaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
50
azertag.az

10Источники