RU

Xoruldamadan xilas olmaq istədi, əlilQALDI

Rusiyanın Saransk şəhərində yaşayan kişi xoruldamanın aradan qaldırılması üçün keçirdiyi əməliyyatdan sonra ağır vəziyyətə düşərək əlil qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Məlumata görə, 42 yaşlı Sergey özəl “KİM” klinikasına müraciət edib. Ona burun çəpərinin düzəldilməsi üzrə septoplastika və yumşaq damaqda əməliyyat aparılıb.

Əməliyyatdan sonra narkozdan ayılan pasiyent həkimlərlə ünsiyyət qursa da, təxminən 20 dəqiqə sonra vəziyyəti qəfil pisləşib. Onun bədəni göyərib, huşunu itirib və qıcolmalar başlayıb. Həkimlər kişini süni tənəffüs aparatına qoşsalar da, təcili yardımın yalnız iki saat sonra çağırıldığı bildirilir. Yaxınlarının sözlərinə görə, bu gecikmə kritik rol oynayıb və beyin hipoksiyası nəticəsində ciddi zədələnmə baş verib.

NURİYYƏ

Избранный
65
1
redaktor.az

2Источники