RU

Fransızlara kələk gələn erməni avtomobil dələduzları hakim qarşısında FOTO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Fransada 7 Ermənistan vətəndaşından ibarət dələduz dəstənin məhkəməsi başlayıb.

Avtosfer.az “La Nouvelle Republique” saytına istinadla xəbər verir ki, Tur şəhərində aparılan istintaqda dəstənin maşın alveri ilə məşğul olduqları müəyyən edilib. 200 iddiaçı polisə müraciətlərində aldadıldıqlarını bildirib. Məlum olub ki, onlara satılmış avtomobillərin kilometrajı ciddi şəkildə geri çəkilib. Bu da servisdə və texniki baxışda çətinliklər yaradıb.

Artur adlı erməni polisə ifadəsində bildirib: “mən kilometrajı 2 dəfə geri çəkməklə maşının qiymətini ikiqat artırdım”.

Zərərçəkənlərin vəkili məhkəmədə bildirib ki, dələduz maşın alverçilərinin əməlindən Fransadan və ümumiyyətlə Avropadan kənarda yaşayanlar da zərər çəkmiş ola bilər. Lakin bunu araşdırıb sübut etmək çətindir. 

Proses davam edir və yekun qərar yaxın aylarda veriləcək.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
avtosfer.az

1Источники