Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ Prezidenti Donald Tramp ölkənin Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirməyə cəhd edən istənilən gəmini məhv etməyi əmr edib.
Bizimyol.info xəbər verir ki, o, "Truth Social" şəbəkəsində bildirib ki, bu göstəriş bütün növ üzən vasitələrə, o cümlədən kiçik qayıqlara da aiddir və hərbçilər tərəddüd etmədən hərəkət etməlidirlər.
Tramp qeyd edib ki, ABŞ artıq bu strateji əhəmiyyətli su yoluna tam nəzarət edir və Amerika mina təmizləyən gəmiləri boğazda fəaliyyət göstərir. O, həmçinin bu işlərin intensivliyinin üç dəfə artırılmasını tapşırıb.
Prezidentin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin icazəsi olmadan heç bir gəmi Hörmüz boğazına daxil ola və ya onu tərk edə bilməyəcək. Tramp əlavə edib ki, İran sülh razılaşması əldə edənədək boğaz “tam şəkildə bağlanmış” vəziyyətdə qalacaq.
İran daxilindəki vəziyyətə toxunan Tramp bildirib ki, hazırda ölkədə “sərt xətt” tərəfdarları ilə “mülayim” siyasətçilər arasında mübarizə getdiyindən rəhbərlik məsələsində çətinliklər yaşanır. O, bu vəziyyəti “dəlilik” kimi qiymətləndirib və qeyd edib ki, mülayim qüvvələrin mövqeyi getdikcə daha çox hörmət qazanır.
Tramp həmçinin iddia edib ki, əvvəllər İranın çox sayda hərbi-dəniz gəmisi məhv edilərək dənizin dibinə göndərilib.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.