RU

İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər

İrlandiya Respublikası Parlamentinin İrlandiya- Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.

Bu barədə Ölkə.Az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinə şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Qonaqlar şəhərdə aparılan infrastruktur layihələri, yaşayış, o cümlədən sosial təyinatlı obyektlərin tikintisi ilə yaxından tanış olub, görülən işlərin miqyası və şəhərin inkişaf perspektivləri ilə maraqlanıblar.

Qeyd edək ki, Qarabağa səfər çərçivəsində nümayəndə heyəti bu gün Şuşa şəhərini də ziyarət edib.

 

Избранный
15
6
olke.az

8Источники