"Reyncers"in əfsanəvi kapitanı Ceyms Tavernier 11 illik yubileyindən sonra Şotlandiya klubuna vida etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, 34 yaşlı müdafiəçi mövsümün sonunda komandadan ayrılacağını rəsmən təsdiqləyib.
Tavernier Britaniya futbol tarixində ən çox qol vuran müdafiəçi kimi (562 oyunda 292 qol/ötürmə) "Reyncers"dən başıuca ayrılır.
Təcrübəli futbolçu bu qərarın onun və ailəsi üçün çox çətin olduğunu, lakin klub üçün həmişə əlindən gələni etdiyini qeyd edib.