RU

Ağ Ev Çini ABŞ-nin süni intellekt texnologiyalarını oğurlamaqda ittiham edib

Vaşinqton Pekinin iri miqyaslı məlumat toplama əməliyyatları apardığını bildirir...

Ağ Ev Çini ABŞ-nin qabaqcıl süni intellekt texnologiyalarını “sənaye miqyasında” mənimsəməyə cəhd göstərməkdə ittiham edib.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri Ağ Evin daxili xidməti qeydinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin rəhbəri Maykl Kratsios ABŞ şirkətlərinə məxsus qabaqcıl süni intellekt sistemlərindən məlumat çıxarmağa yönəlmiş məqsədli kampaniyalarla bağlı sübutların olduğunu bildirib. Onun sözlərinə görə, bu fəaliyyət zamanı on minlərlə proksi hesabdan istifadə edilir, eləcə də məhdudiyyətləri aşmaq üçün müxtəlif texniki üsullar tətbiq olunur.

Vaşinqton administrasiyası bu təhlükəyə qarşı ABŞ süni intellekt şirkətləri ilə kəşfiyyat məlumatlarını paylaşmağa və müdafiə tədbirlərini koordinasiya etməyə hazırlaşır. Məqsəd strateji texnologiyaların qorunması, kommersiya sirlərinin təhlükəsizliyi və rəqəmsal üstünlüyün saxlanılmasıdır.

Ağ Evdə vurğulanıb ki, “distillasiya” adlandırılan texnoloji metod bəzi hallarda qanuni şəkildə istifadə oluna bilər. Lakin həmin üsulların ABŞ şirkətlərinin maraqlarına zərər vuracaq formada tətbiqi qəbuledilməz hesab olunur.

Ekspertlərin fikrincə, bu açıqlama Vaşinqton və Pekin arasında texnologiya rəqabətinin daha da sərtləşdiyini göstərir. Xüsusilə süni intellekt sahəsində liderlik uğrunda mübarizə artıq milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
112
50
poliqon.info

10Источники