RU

Şahzadə Harri Kiyevdən Putinə müharibəni durdurmaq üçün çağırış edib

Britaniya kral ailəsinin üzvü müharibəni dayandırmaq üçün hələ vaxt olduğunu bildirib...

Poliqon xəbər verir ki, Şahzadə Harri Kiyevdə keçirilən Təhlükəsizlik Forumunda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putina müraciət edərək Ukraynadakı müharibəni dayandırmağa çağırıb. O bildirib ki, hələ də bu münaqişəni dayandırmaq və daha böyük faciələrin qarşısını almaq üçün imkan mövcuddur.

Şahzadə Harrinin sözlərinə görə, davam edən hərbi əməliyyatlar həm ukraynalılar, həm də ruslar üçün ağır humanitar nəticələr doğurur. O vurğulayıb ki, daha çox əzab-əziyyətin yaşanmaması üçün alternativ yol seçmək lazımdır.

Forum iştirakçıları qarşısında çıxış edən Britaniya şahzadəsi sülhün yalnız siyasi iradə və dialoq yolu ilə mümkün ola biləcəyini qeyd edib. O, zorakılığın yeni itkilərə səbəb olduğunu, müharibənin uzanmasının isə regionda sabitliyi daha da sarsıtdığını deyib.

Kiyev Təhlükəsizlik Forumu son illərdə Avropanın təhlükəsizlik gündəliyinin əsas platformalarından biri hesab olunur. Tədbirdə beynəlxalq siyasətçilər, ekspertlər və ictimai xadimlər regional təhlükəsizlik, Ukraynadakı vəziyyət və gələcək sülh perspektivlərini müzakirə edirlər.

Poliqon.info

Избранный
99
poliqon.info

1Источники