RU

“K-13” bazara çıxdı – Kadırov ailəsi yeni sahəyə girdi

Çeçenistanda yeni energetik içkinin satışa çıxarılması diqqət çəkib. Musavat.com xəbər verir ki, “K-13” adlı məhsul Kadırov ailəsi ilə əlaqəli brend kimi təqdim olunur.

Məlumata görə, içkinin təşviqatında yerli bloqerlər fəal iştirak edir. Məhsulun Ramzan Kadırovun oğlu Adəm Kadırov ilə əlaqələndirilməsi isə mövzunu daha da aktuallaşdırıb.

Qeyd olunur ki, Ramzan Kadırov daha əvvəl energetik içkiləri sərt şəkildə tənqid edir, onların satışına məhdudiyyətlərin tətbiqini dəstəklədiyini bildirirdi. Hazırda isə ailə ilə bağlı brendin bu sahədə aktiv şəkildə təşviq olunması diqqət çəkir.

Musavat.com

Избранный
13
3
musavat.com

4Источники