RU

Ter-Petrosyanın adamı Paşinyanı təhqir etdi

"Bu gün Nikol Paşinyanın keçmiş prezident Levon Ter-Petrosyanla bağlı söylədiyi fikirlərə münasibət bildirə bilmərəm".

Musavat.com-un məlumatına görə, bunu erməni mediasına Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan deyib.

Daha sonra o, Paşinyanı təhqir edib və onun “həkimə ehtiyac olduğuna” eyham vurub. “Ermənistanın siyasi həyatı ilə yaxından tanış olan istənilən həkim bunu şərh edə bilər”, - Ter-Petrosyanın təmsilçisi deyib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 23-də jurnalistlərə açıqlamasında Levon Ter-Petrosyanı xalis Daşnaksütyun təmsilçisi adlandırararaq, qalan hər şeyin sadəcə, oyun olduğunu deyib. O, həmçinin əminliklə bildirib ki, qarşıdan gələn seçkilərdə Ter-Petrosyana məxsus Erməni Milli Konqresinin ümumiyyətlə, şansı yoxdur.

Musavat.com

Избранный
42
musavat.com

1Источники