RU

Britaniya Ticarət Palatası süni intellektin inkişafı və digər yeni istiqamətlərdə Azərbaycanı dəstəkləməyə hazırdır (ÖZƏL)

Bakı. Trend:

Britaniya Ticarət Palatası süni intellekt və digər yeniistiqamətlərin inkişafında Azərbaycanı dəstəkləməyə hazırdır.

Bunu Britaniya Ticarət Palatasının Azərbaycan bölməsinin sədriCon Patterson Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya neftticarəti və logistikası forumu çərçivəsində Trend-ə açıqlamasındabildirib.

“Biz əsasən bp şirkəti sayəsində və ölkə iqtisadiyyatındatəxminən 1995-ci ildən bu günədək neft-qaz sektorunun dominantmövqe tutması nəticəsində Azərbaycanın ən böyük ticarəttərəfdaşlarından biriyik. Bu gün neft və qaz gəlirlərininAzərbaycanın ÜDM-dəki payı əvvəlki səviyyədə olmasa da, bp vəBritaniya biznesi 1990-cı illərin ortalarından etibarən bazardafəal iştirakını davam etdirir”, – deyə o qeyd edib.

C.Pattersonun sözlərinə görə, Britaniya Ticarət PalatasıAzərbaycanda Britaniya və yerli biznes arasında əməkdaşlığıninkişafı üzərində işləyir və yalnız neft-qaz sektorundan kənaraçıxmağı hədəfləyir.

“Biz hələ də enerji sektorunda – bp və ölkədə fəaliyyət göstərənBritaniya podratçı şirkətləri vasitəsilə – fəal iştirak edirik. Busahə iqtisadi əməkdaşlığın mühüm hissəsi olaraq qalmaqdadır. Eynizamanda, Azərbaycanın uzunmüddətli iqtisadi uğurunun əsas amiliiqtisadiyyatın mərhələli şəkildə şaxələndirilməsi və neft-qazdanasılılığın azaldılmasıdır. Bu kontekstdə biz təhsil, süni intellektvə digər texnoloji sahələr də daxil olmaqla yeni istiqamətlərininkişafını dəstəkləməyə can atırıq”, – deyə o əlavə edib.

C.Patterson qeyd edib ki, bu aspektdə maliyyə sektoru da mühümrol oynayır, ələlxüsus da, Londonun dünyanın aparıcı maliyyəmərkəzlərindən biri olduğu nəzərə alınsa.

Bundan əlavə, o, nəqliyyat sahəsinə və Orta Dəhlizinəhəmiyyətinə toxunub.

“Orta Dəhliz ayrıca önəm qazanmaqdadır. Onun əhəmiyyətipraktikada da özünü göstərir: digər marşrutlarda fasilələryarandıqda bu regiondan keçən alternativ nəqliyyat yollarının roluartır. Çin ilə Avropa arasında və ya əks istiqamətdə yükdaşımalarüçün Orta Dəhliz üzrə dəmir yolu marşrutları daha uzun və dahahəssas marşrutlardan keçən dəniz daşımaları ilə müqayisədəpotensial olaraq daha sürətli və dayanıqlı ola bilər. Lakindəhlizin potensialının tam reallaşdırılması üçün, o cümlədəntexniki-iqtisadi əsaslandırma və infrastrukturun inkişafıistiqamətində hələ xeyli iş görülməlidir”, – deyə C.Patterson izahedib.

Onun fikrincə, əlavə çağırışlardan biri də Xəzər dənizininsəviyyəsinin dəyişməsidir ki, bu da gəmiçiliyin və digərdaşımaların inkişafı daxil olmaqla nəqliyyat və logistikainfrastrukturunun mövcud şəraitə adaptasiyasını tələb edir.

“Bütövlükdə, Orta Dəhlizin inkişafı regional əlaqəliliyingücləndirilməsi və ayrı-ayrı geosiyasi risklərdən daha az asılıolan daha dayanıqlı nəqliyyat sisteminin yaradılması vasitəsi kiminəzərdən keçirilir”, – deyə C.Patterson yekunlaşdırıb.

Məqalədə:
Избранный
134
1
az.trend.az

2Источники