RU

Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı

style='margin-bottom:10px;'>

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 qadın güləşçisi xalça üzərinə çıxıb.

Günay Qurbanova (59 kq.) bürünc medal uğrunda görüşdə Marta Getmanovanaya (UWW) 7:5 hesabı ilə qalib gəlib.

Jalə Əliyeva (57 kq.) yarımfinalda türkiyəli Elvira Kamaloğluna 2:6 hesabıyla, Birgül Soltanova (65 kq.) isə yarımfinalda rusiyalı dünya ikincisi Alina Kasabiyevaya (UWW) 10:11 hesabıyla məğlub olub. Hər iki güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Ruzanna Məmmədova (62 kq.) isə 1/4 finalda rusiyalı Amina Tandelovaya (UWW) 0:5 hesabıyla məğlub olub.

Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək 5 medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub.

Избранный
52
11
teleqraf.com

10Источники