RU

Avropanın ən baxımlı komandası oldular

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Avropanın ən baxımlı komandası oldular

Avropanın beş aparıcı liqasında çıxış edən komandaların baxımlılıq reytinqi açıqlanıb.

QOL.az xəbər verir ki, ESPN- nəşrinin yaydığı məlumata görə, siyahıya 9,6 balla maksimum nəticə göstərən "Bavariya" başçılıq edir. Eyni xala malik "Barselona" ikinci, 9,5 balla "Real" isə üçüncü pillədə qərarlaşıb.

Reytinq cədvəlində sonrakı yerləri hər biri 9,4 bal toplayan PSJ, "Leyptsiq", "Lans", "Mançester Yunayted", "Monako", "İnter" və "Yuventus" bölüşdürürlər. 

"Mançester Siti" 8,7, "Liverpul" və "Çelsi" isə 8,5 balla qiymətləndiriliblər. Siyahının sonunda 0,6 xalla "Vulverhempton" yer alıb. "Real Ovyedo" və "Oser" isə hərəyə 0,7 balla sonuncu pillələri bölüşürlər.

Qeyd edək ki, "Arsenal" 7,2, "Milan" 7, "Napoli" isə 5,6 balla reytinqin orta sıralarında yer alıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
1
qol.az

2Источники