RU

Bəqai: “Nüvə silahı ilə bağlı iddialar əsassızdır”

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran rəsmiləri ölkənin nüvə silahı hazırlamaq niyyətində olduğu barədə iddiaları təkzib edir və “10 bomba” ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu bildirirlər.Demokrat.az bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai SNNTV kanalına açıqlamasında səsləndirib.Onun sözlərinə görə, Tehran heç vaxt danışıqlar zamanı nüvə bombası mövzusunu gündəmə gətirməyib və bu iddialar ABŞ tərəfindən irəli sürülür:“İran nüvə silahı yaratmaq barədə danışmayıb. ‘10 bomba’ iddiası ABŞ-nin uydurmasıdır”, – deyə o vurğulayıb.Bəqai qeyd edib ki, iyun ayında baş verən hadisələrə baxmayaraq, İran yenə də danışıqlara üstünlük verib. O bildirib ki, sonuncu görüşlərdə ilkin razılaşma üçün bəzi əsas prinsiplər üzrə anlaşma əldə olunub və bu, həm qarşı tərəfin narahatlıqlarını azaltmaq, həm də İranın nüvə hüquqlarını qorumaq məqsədi daşıyıb.O əlavə edib ki, tərəflərin razılığı ilə texniki məsələlərin müzakirəsi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik iştirakı ilə Vyana şəhərində görüş keçirilməsi planlaşdırılıb.Sözçü həmçinin vurğulayıb ki, İranın nüvə silahı əldə etmək istədiyi barədə iddialar uzun illərdir səsləndirilir və daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunur.Qeyd edək ki, aprelin 21-də ABŞ Prezidenti Donald Trump İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair yaxın zamanda təminat veriləcəyini bəyan etmişdi.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
demokrat.az

1Источники