RU

Robotlar bələdçilik edəcək

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çində görmə məhdudiyyətli şəxslər üçün robot bələdçi itlər sınaqdan keçirilir.

“Cebheinfo.az” xəbər verir ki, robot “it balaları” sahibinin səsinə reaksiya verə bilir və səsli interaksiya sistemi vasitəsilə onunla ünsiyyət quraraq təhlükəsiz hərəkət etməsinə kömək edir.

Çinin Siçuan əyalətində aparılan sınaqlardan birində dördayaqlı robotun bir qadını küçədə istiqamətləndirdiyi müşahidə olunub. Qadın isə robotun tasmasını əlində tutaraq onunla birlikdə hərəkət edib.

Robotun “ayaqları”na quraşdırılmış kamera, anten və sensorlar ətraf mühiti analiz etməyə imkan verir. Bu sayədə robot bələdçi itlər real itlər kimi pilləkənləri, maili səthləri və düz olmayan yolları da rahatlıqla keçə bilir.

Əfsanə

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
86
1
cebheinfo.az

2Источники