RU

​Meyvə-tərəvəz xərçəngə səbəb olur?

Son illər sağlam qidalanma həyat tərzinin əsas hissəsinə çevrilsə də, yeni elmi araşdırma bu mövzuda müzakirələrə səbəb olub. Metbuat.az xəbər evrir ki, ABŞ-da aparılan tədqiqat göstərir ki, meyvə, tərəvəz və tam taxıl məhsullarını daha çox istehlak edən bəzi insanlarda, xüsusilə də siqaret çəkməyən gənclər arasında ağciyər xərçəngi riski ilə bağlı gözlənilməz əlaqə aşkarlanıb. Araşdırma 50 yaşdan aşağı ağciyər xərçəngi xəstələri üzərində aparılıb və nəticələr göstərib ki, bu şəxslər ümumi əhali ilə müqayisədə daha sağlam qidalanma vərdişlərinə sahib olublar. Alimlər bu paradoksal nəticənin səbəbi kimi qidaların özündən çox, onların üzərində qalan pestisid qalıqlarını ehtimal edirlər. Qeyd olunur ki, xüsusilə qeyri-orqanik meyvə və tərəvəzlərdə bu maddələrin miqdarı daha yüksək ola bilər. Mütəxəssislər vurğulayır ki, bu nəticələr hələlik səbəb-nəticə əlaqəsini tam sübut etmir və əlavə araşdırmalara ehtiyac var. Bununla belə, tədqiqatçılar məhsulların yaxşı yuyulmasını, mümkün olduqda isə orqanik qidalara üstünlük verilməsini tövsiyə edir.

Qeyd edək ki, əvvəlki çoxsaylı elmi araşdırmalar meyvə və tərəvəzlərin əksinə, xərçəng riskini azaltdığını göstərib. Bu səbəbdən alimlər yeni nəticələrin ehtiyatla qiymətləndirilməli olduğunu və sağlam qidalanmadan imtina edilməməsinin vacibliyini bildirirlər.

Избранный
76
metbuat.az

1Источники