RU

Elza Seyidcahan: “Mənim poeziyam ultrasəs müayinəsidir...” VİDEO ANONS

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“525-ci qəzet”in 24 aprel tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla M-zadənin Əməkdar artist Elza Seyidcahan ilə apardığı maraqlı müsahibədir.

Müsahibədə Elza Seyidcahan sənətə gəlişindən, seçdiyi səhnə adının tarixçəsindən və formalaşdığı ailə mühitindən söz açır. O bildirir ki, fərqli və yadda qalan bir ad seçmək istəyi onu “Seyidcahan” adı ilə tanınmağa gətirib və bu seçim sonradan yaradıcılıq yolunda onun simvoluna çevrilib. Uşaqlıq illərinin çətinliklərinə baxmayaraq, anasının fədakarlığı və dəstəyi onun həyatında həlledici rol oynayıb.

Sənətkar erkən yaşda ailə qurduğunu, həyatında mürəkkəb mərhələlərdən keçdiyini, lakin bütün çətinliklərə baxmayaraq, təhsilini davam etdirərək bəstəkarlıq sahəsində özünü təsdiq etdiyini vurğulayır. O qeyd edir ki, yaradıcılığa olan marağı hələ məktəb illərindən başlayıb və zamanla bu maraq peşəkar fəaliyyətə çevrilib.

Elza Seyidcahan yaradıcılığında fərqliliyin əsas xətt olduğunu bildirir. Onun sözlərinə görə, yazdığı şeirlər və bəstələr cəmiyyətin müxtəlif tərəflərini əks etdirir və bəzən müzakirələr doğursa da, bu, sənətin təbiətindən irəli gəlir. O hesab edir ki, sənət insanı düşündürməli, bəzən isə narahat etməlidir.

Müsahibədə E.Seyidcahan həmçinin müasir şou-biznesdə müşahidə etdiyi problemlərdən, səthi yanaşmalardan və sənətə qeyri-ciddi münasibətdən narahatlığını dilə gətirir. Sənətkar qeyd edir ki, yaradıcılıq məsuliyyət tələb edir və bu sahədə uğur qazanmaq üçün istedadla yanaşı, zəhmət və prinsipiallıq da vacibdir.

Elza Seyidcahan özünü hər zaman fərqli görən sənətkar kimi dəyərləndirir və bu fərqliliyin onun həyat tərzinə çevrildiyini bildirir. O vurğulayır ki, tənqidə açıqdır, lakin əsassız yanaşmalarla razılaşmır və sənətdə öz yolunu qorumağa davam edir.

Nigar Abbasova 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
525.az

1Источники